AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXII turunda keçirilən “Qarabağ” – “Sabah” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

“Sabah”ın məşqçisi Valerio Zuddas rəqibin ehtiyat oyunçular skamyasına doğru qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəzalanıb. Klub isə 15 000 manat cərimələnib.

“Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiklərinə görə 6 oyunluq cəza alıblar. Ağdam klubu isə ümumilikdə 12 min manat cərimə ödəməli olacaq.