Rui Jorge Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi təyin olunub.
Portuqaliyalı mütəxəssis 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında komandamıza rəhbərlik edəcək. Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının baş məşqçi postuna gətirilən Rui Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.
















