Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində Türkiyənin “Qalatasaray” və Rumıniyanın “Voluntari” komandaları arasında keçiriləcək oyunda supervayzer kimi fəaliyyət göstərəcək.
Martın 11-də Türkiyədə baş tutacaq qarşılaşmanı serbiyalı Darko Saviç və litvalı Sergey Rodin idarə edəcəklər.













