Bu gün Misli Premyer Liqasında XXIII turun daha iki görüşü keçirilib.
“Zirə” gözlənilmədən evdə xal itirib. “Qartallar” “Kəpəz”lə 2:2-lik bərabərliyə razılaşıb.
“Neftçi”nin qonağı olan “Turan Tovuz” isə 1:0 hesablı qələbəyə sevinib.
Tura sabah baş tutacaq “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq. Saat 19:15-də başlayacaq oyun “CBC Sport”la canlı yayımlanacaq.
















