ABŞ-nin Hyuston şəhərində Çin döyüş növləri üzrə keçirilən “Dünya Ulduzları” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri iki medal qazanıblar.

Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, vinq çun ustası Asif Sayadov ustadlar kateqoriyasında qızıl medal əldə edib.

Digər təmsilçimiz Şıxəli Hümmətov (18–36 yaş) vinq çun taolu proqramında bürünc mükafata yiyəlib.