Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək. Yarışda Azərbaycan təmsilçiləri də iştirak edəcək.
Turnirin ilk günündə ölkəmizin 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq. Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70), Səbuhi Əmiraslanov (79) və Zəfər Əliyev (97 kq) medalçılar sırasına düşməyə çalışacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.












