Braziliyanın “Flamenqo” klubu baş məşqçi Filipe Luisin istefasından sonra yeni təyinatı rəsmən açıqlayıb.

Braziliya təmsilçisinin “sükanı arxasına” 51 yaşlı portuqaliyalı mütəxəssis Leonardu Jardim gətirilib.

Tərəflər arasında 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

L.Jardim daha çox “Monako” (2014-2019) və “Sportinq” (2013-2014) klublarındakı fəaliyyəti ilə tanınır. Onun son iş yeri 2025-ci ildə çalışdırdığı “Kruzeyro” klubu olub.