Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında mübarizə davam edir. Turnirdə bir neçə idman növündə təmsil olunan Azərbaycan komandası daha bir medal qazanıb. Bu uğura aerobika gimnastikası üzrə Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük imza atıb. Onlar 19,750 xal toplayaraq gümüş medala yiyələniblər. Bununla da yarışdakı mükafatlarımızın sayı 5-ə çatıb. Daha öncə Tofiq Əliyev (tamblinq), Amin Quliyev (kikboksinq), İrina Zaretska (karate), Daniyel Abbasov və Murad Rəfiyev dueti (akrobatika) də Çenduda gümüş medal qazanıblar.
İdman.biz












