Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

Sonuncu oyun günündə daha iki cavab matçı keçiriləcək.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Kəpəz”in qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:30-da start götürəcək.

İlk görüşdə Tovuz klubu qalib gəlib – 1:0. Cütün qalibi yarımfinalda “Zirə” ilə üz-üzə gələcək.

Günün ikinci matçında “Sabah” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda, saat 18:00-da başlayacaq.

Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda “Qarabağ”a rəqib olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

5 mart

14:30. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Yevlax şəhər stadionu

18:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Kamal Umudlu

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ı 2:0 (ilk oyun – 0:0) hesabı ilə üstələyən “Zirə” və “Şamaxı”nı məğlub edən (1:2, 3:1) “Qarabağ” yarımfinalda oynamaq hüququ qazanıb.