Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Bu gün daha bir neçə çəkidə mükafatların sahibi bəlli olub.

81 kq-da yarışan Ömər Rəcəbli ilk görüşdə rumıniyalı Andrian Sulkini, 1/8 finalda tacikistanlı Somon Mahmadbekovu, 1/4 finalda Yaponiyadan Sotaro Fucivarunu, yarımfinalda Arslonbek Tociyevi mübarizədən kənarlaşdırıb. Finalda Rusiya idmançısı Abdul-Kerim Tosuevi məğlub edən Rəcəbli qızıl medal qazanıb.

Hazırda Azərbaycan millisinin aktivində 3 medal var. Rəcəbli ilə yanaşı, 60 kq-da Əhməd Yusifov yarışın qalibi olub. Finalda Yusifova uduzan Balabəy Ağayev gümüş əldə edib.