Bu gün Misli Premyer Liqasında XXII turun daha iki görüşü keçiriləcək.
Saat 14:30-da başlayacaq oyunda “Şamaxı” “Neftçi”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
“Qəbələ” isə doğma meydanda “Karvan-Yevlax”la üzləşəcək. Kamal Umudlunun baş hakim olacağı duel saat 17:00-da start götürəcək.














