Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. Yarışda Azərbaycan təmsilçiləri də çıxış edir.

Bu gün müxtəlif çəki dərəcələrində qaliblər müəyyənləşib. 60 kq-da iki azərbaycanlı cüdoçu – Əhməd Yusifov və Balabəy Ağayev üz-üzə gəlib.

Həmvətənlisini məğlub edən Yusifov karyerasında ilk dəfə “Böyük Dəbilqə”nin qalibi olub.