Azərbaycan klubları cari mövsümdə avrokuboklardakı rekordunu təkrarlayıb.

Belə ki, ölkə təmsilçiləri 2025/2026 mövsümündə 48 qol vurmaqla buna nail olub. Bu, 2023/2024 mövsümündə qeydə alınan rekordla eynidir.

Qollardan 31-i UEFA Çempionlar liqasında keçid pley-off mərhələsinə kimi irəliləyən “Qarabağ”ın payına düşüb.