UEFA Çempionlar liqasının keçid pley-off mərhələsinin ən yaxşı futbolçusu bəlli olub.

Bu ünvan uğrunda “Atletiko Madrid”dən Aleksandr Sörlot, “Qalatasaray”dan Viktor Osimhen, “Real Madrid”dən Orenyel Çuameni və “Budö-Qlimt”dən Ens Peter Höuqe mübarizə aparıb.

Səsverməyə əsasən, “Brüqqe”yə qarşı matçda het-trik edən və “Atletiko”nun 4:1-lik qalibiyyətində böyük pay sahibi olan Aleksandr Sörlot ən yaxşı futbolçu seçilib.