Kişi voleybolçuların Azərbaycan Yüksək Liqasında 15-ci tura iki oyunla start verilib.
“Neftçi” “Azerrail” üzərində 3:2 hesablı çətin qalibiyyət əldə edib. “Ordu” isə “Gənclər”i 3:0 məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 34 xalla “Xilasedici” rəhbərlik edir. 31 xallı “Neftçi” ikinci, ondan 1 xal geri qalan “Ordu” üçüncüdür.











