UEFA Konfrans liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Sabah” cavab görüşünə çıxıb. “Tələbələr” “Bank Respublika Arena”da Bolqarıstan klubu “Levski Sofiya” ilə üzləşib. Səfərdə 0-1 uduzan komandamız doğma meydanda da məğlubiyyətə düçar olub. Hər iki hissədə bir dəfə fərqlənən “Levski” 2-0 qalib gəlib və ümumi hesabda 3-0 hesablı üstünlüklə turnirin pley-off mərhələsinə adlayıb. “Sabah” isə ardıcıl 3-cü mövsüm Konfrans liqasında mübarizəni III təsnifat mərhələsində dayandırıb.
















