Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda C qrupunda oyunlara ev sahibliyi edəcək İspaniya, Estoniya və Niderland ilə qarşılaşacaq. Yığma ilk görüşünü martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və hər kvartetin qalibləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.