Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər.

Komandamız turnirdə 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində 60 kq-da Əhməd Yusifov, Balabəy Ağayev, 66-da Nizami İmranov, Turan Bayramov, 73-də Kamran Süleymanov, Hidayət Heydərov, 81-də Ömər Rəcəbli, 90-da Murad Fətiyev, 100-də Zelim Kotsoyev, Əjdər Bağırov, 100 kq-dan artıq çəki dərəcəsində Camal Qamzatxanov və Kənan Nəsibov medallar uğrunda yarışacaq.

Qadınlarda isə 48 kq-da Könül Əliyeva, Şəfəq Həmidova, 52-də Aydan Vəliyeva, Leyla Əliyeva, 63-də Fidan Əlizadə, 70-də Südabə Ağayeva və 78 kq-dan artıq çəkidə Madina Kaisinova gücünü sınayacaq.

Qeyd edək ki, fevralın 27-dən martın 1-dək keçirilən Daşkənd “Böyük Dəbilqə”si “CBC Sport”la canlı yayımlanacaq.