18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyuna çıxıb.

Seçməmiz 5-ci yer uğrunda görüşdə Tacikistan komandası ilə qarşılaşıb.

Görüş rəqib kollektivin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa isə 1:0 qalib gəlib.