Bu gün əfsanəvi azərbaycanlı futbolçu Anatoli Banişevskinin doğum günüdür.

23 fevral 1943-cü ildə dünyaya gələn Banişevski, bütün karyerasını “Neftçi”də keçirib və “ağ-qaralar”la 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanıb.

SSRİ millisinin də formasını geyinən futbolçu, yığmada 50 dəfə meydana çıxıb və 20 qol vurub. Azərbaycan futbolu üçün önəmli simalardan olan Banişevski, 10 dekabr 1997-ci ildə vəfat edib.