İngiltərə Premyer liqasında XXV turun oyunları keçirilir.
Ötən tur “Vulverhempton”la matçda xal itirən lider “Arsenal” bu dəfə əzəli rəqibi “Tottenhem”in qonağı olub.
Şimali London derbisi bol qollu alınıb. İlk dövrədə 4:1 qalib gələn “topçular” yenə eyni hesablı qalibiyyətə sevinib. Mikel Artetanın kollektivinin heyətində Ebereçi Eze və Viktor Dyökereş hərəyə iki dəfə fərqlənib. “Mahmızlar”dan isə Randal Kolo Muani adını tabloya yazdırıb.
61 xalı olan “Arsenal” turnir cədvəlinə başçılıq edir. Onlar ikinci “Mançester Siti”ni 5 xal qabaqlayırlar. “Şəhərlilər” London klubundan bir oyun az keçirib. 29 xallı “Tottenhem” isə 16-cı yerdə qərarlaşıb.














