Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.

Son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütlüyü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.

Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.

Batutçulardan Maqsud Mahsudov – Hüseyn Abbasov və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütlükləri sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.