Azərbaycanın velosiped idmanı üzrə yığması Türkiyənin Alanya şəhərində keçiriləcək “Grand Prix Alaiye 1.2” yarışında iştirak edəcək.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Fevralın 21-də baş tutacaq yarışa Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov qatılacaq.

Komandaya baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədov rəhbərlik edəcək.