“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.

Fərəcov karyerası ərzində “Şamaxı-2”, “Keşlə”, “Səbail” klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın “KS CK Troszyn” və “Narew Ostrołęka” kollektivlərində çıxış edib.

Qeyd edək ki, futbolçunun son klubları “Baku Sportinq” və “Şahdağ” olub.