“Formula 1” komandası “Red Bull”un baş konstruktoru Kreyq Skinner 20 ildən sonra istefa verib.

Mütəxəssis komandadan öz istəyi ilə ayrılıb.

Skinner 2006-cı ildən komandada müxtəlif vəzifələrdə çalışıb. O, hesablama hidrodinamikası üzrə mühəndis, qrup rəhbəri, aerodinamika şöbəsinin rəis müavini və baş dizayner vəzifələrini yerinə yetirib.

Mütəxəssis baş konstruktor postuna 2022-ci ildə təyin edilib. Əvvəllər “Cordan” və “Uilyams” komandalarında da fəaliyyət göstərib.

Qeyd edək ki, “Formula-1″da yeni mövsüm martın 6-da Avstraliyada start götürəcək.