Təbrizin “Traktor” futbol komandasının baş məşqçisi Draqan Skoçiç öz istəyi ilə postundan ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təbriz təmsilçisi 2024/2025 mövsümündə 57 yaşlı xorvatiyalı mütəxəssisin rəhbərliyi altında İran çempionatının qalibi olub.

“Traktor” hazırda liqada 35 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Gol Gohar”dan cəmi 1 xal az toplayıb.