İtaliyada təşkil edilən Qış Olimpiya oyunlarında növbəti yarış günü başa çatıb.
Fiqurlu konkisürmədə cütlərin yarışı maraqlı nəticə ilə diqqət çəkib. Yaponiyalı Riku Miura-Ryuiçi Kixara tandemi 158 tam yüzdə 13 balla çempionluqla yanaşı, olimpiya rekordu müəyyənləşdirib.
Gürcüstanlı Anastasiya Metelkina-Luka Berulava tandemi 2-ci, almaniyalı Minerva Fabyen Haze-Nikita Volodin dueti isə 3-yeri tutub.











