İtaliyanın Pila şəhərində FIS Paradağ xizəyi turniri keçirilib. Turnirdə Azərbaycan təmsilçisi Polad Rzayev də iştirak edib.
LW3 kateqoriyasında çıxış edən paralimpiyaçımız yarışda iki yürüşdə çıxış edib. O, birinci mərhələni 1:28.10, ikinci mərhələni isə 1:46.24 nəticə ilə başa vurub.
Ümumilikdə 3:14.34 nəticəsi ilə Rzayev turniri 12-ci pillədə tamamlayıb.











