Milan-Kortina Qış Olimpiya Oyunlarının yeddinci yarış günündə ən əlamətdar hadisələrdən biri kişilərin 10 km məsafəyə sərbəst yarışında qeydə alınıb.

Norveçli idmançı Yohannes Klebo 20 dəqiqə və 36,2 saniyəlik göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cari turnir skiatlon və fərdi sprint yarışında da birinci olan Klebo olimpiada qızıllarının sayını 8-ə çatdırıb.

Fransalı Matis Deloj gümüş, digər bir Norveç təmsilçisi Eymar Hedeqart bürünc əldə edib.