Kişi voleybolçular arasında Azərbaycan Yüksək liqasında XIII turun oyunları keçirilib.

“Ordu” kollektivi ilə qarşılaşan “Murov Az Terminal” 3:0 hesablı qələbə qazanıb. “Neftçi” “Gənclər”dən, “Xilasedici” isə “Azərreyl”dən 3:0 üstün olub.

Hazırda turnir cədvəlinə 31 xalla “Xilasedici” rəhbərlik edir. Onlar “Neftç”ini 2, “Ordu”nu 6 xal qabaqlayırlar.