Azərbaycan Basketbol Liqasında XVII tur start götürüb.
B qrupunun matçında “Lənkəran”ın qonağı olan “Sərhədçi” 83:69 hesabı ilə qələbə qazanıb. Bu qalibiyyətdən sonra xalını 23-ə çatdıran “Sərhədçi” üçüncü pilləyə yüksəlib. Cənub klubu isə 21 xalla 6 klub arasında sonuncudur.
Tura fevralın 14-ü yekun vurulacaq.














