“Turan Tovuz” “Lokomotiv Moskva”nın futbolçusu olan Mark Mampassini icarəyə götürüb.
22 yaşlı müdafiəçi mövsümün sonuna kimi qərb klubunda çıxış edəcək.
Donetsk “Şaxtyor”unun yetirməsi olan Mampassinin atası konqolu, anası ukraynalıdır. Oyunçu 2022-ci ildə Rusiya vətəndaşlığını qəbul edib. O, karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib.


















