İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 1000 metr məsafəyə konkisürmə yarışı başa çatıb.

Bu məsafəni 1 dəqiqə 12,31 saniyəyə qət edən niderlandlı Yutta Lerdam fəxri kürsüyə qalxmaqla yanaşı, Olimpiya rekorduna imza atıb.

Onun həmyerlisi Femke Kok ikinci, yaponiyalı Miho Takaqi üçüncü yeri tutub.