Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında daha bir növdə medalçılar müəyyənləşib.

Belə ki, slalom üzrə kişilərin komanda kombinasiyasında İsveçrə təmsilçiləri Fronyo fon Allmen və Tenqay Nef 2 dəqiqə 44,04 saniyəlik nəticə ilə olimpiadanın qalibi olublar. Digər bir isveçrəli cütlük Marko Odermatt / Loik Meyyar cütlüyü Avstriyadan Vinsent Krihmayr və Manuel Feller tandemi ilə ikinci yeri bölüşüb.

Qeyd edək ki, bu gün sloupstayl intizamında isveçrəli başqa bir idmançı Matilda Qremo da qızıl medala yiyələnib.