Bu il 25-28 iyun tarixlərində İtaliyanın Kaorle şəhərində keçirilən gənclər arasında Avropa çempionatında ədalət qoruyucusu funksiyasını yerinə yetirəm hakimlərimiz Kənan Hacıəliyev və Sevinc Yusubova Dünya Güləşin Birliyi təşkilatının imtahanlarından uğurla keçiblər. İmtahanların nəticəsinə əsasən onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər. Bununla da bu səviyyəyə malik olan hakimlərimizin sayı səkkizə çatıb.