“Roma”nın müdafiəçisi Canluka Mançini İtaliya A Seriyasının XXIII turunda, “Udineze” ilə keçirilən oyunda (0:1) zədələnib.

İlk hissədə burnu sınan 29 yaşlı futbolçu görüşü sonadək davam etdirib.

Mançini əməliyyat olunub və qarşıdakı oyunlarda qoruyucu maska ilə çıxış edəcək.

Qeyd edək ki, Canluka Mançini bu mövsüm “Roma”nın heyətində 30 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.