Azərbaycanın boks hakimlərinin növbəti seminarı keçirilib. Azərbaycan Boks Federasiyasının (ABF) təşkilatçılığı ilə təşkil olunan təlimlər Qəbələdə baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən seminarda ABF-in baş katibi Nağı Səfərov, Şəki−Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov iştirak ediblər.














