Misli Premyer Liqasında XVIII tura iki görüşlə yekun vurulub.
“Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”ın qonağı olan “Neftçi” 4:0 hesablı qələbə qazanıb. Bununla da “ağ-qaralar” 5 matç sonra Muxtar Respublika təmsilçisini məğlub etməyi bacarıb.
“Turan Tovuz”u qəbul edən “Qarabağ” isə 1:0-lıq qalibiyyət əldə edib. Xalını 39-a çatdıran Ağdam klubu lider “Sabah”dan 4 xal geri qalır. 30 xalı olan “Turan Tovuz” və “Sumqayıt” 3-4-cü pillələri bölüşürlər. Aktovində 29 xal olan “Zirə” 5-ci, ondan 2 xal geri qalan “Araz-Naxçıvan” 6-cı, 24 xallı “Neftçi” 7-cidir. 23 xal toplayan “Şamaxı” 8-ci yerdə mövqe tutub. “İmişli” 18 xalla 9-cu, “Qəbələ” 14 xalla 10-cu pilləni tutub. 11-ci “Kəpəz”in 12 xalı varsa, “Karvan-Yevlax” 6 xalla sonuncudur.

















