Yeni voleybol mövsümünün hazırlıqlarını davam etdirən “Gəncə” yeni keçidini rəsmiləşdirib. Qərb təmsilçisi Luiza Toması heyətinə qatıb. Braziliyalı oyunçu buna kimi Portuqaliyada çıxış edib. “Benfika”nın formasını geyinən Tomas “qartallar”ın heyətində I liqanın və ölkə superkubokunun qalibi olub.














