Bu gün qadın voleyçuların Yüksək liqasında bir oyun keçirilib.
“Murov Az Terminal”ı qəbul edən “Gəncə” 3:0 hesablı inamlı qalibiyyətə sevinib.
Hazırda 27 xalla turnir cədvəlinə başçılıq edən “Turan” “DH Volley” və UNEC kollektivlərini 3 xal qabaqlayır. Xalını 17-ə çatdıran “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə birgə 5-6-cı yerləri bölüşür. “Murov Az Terminal” 7 xalla 9 komanda arasında 8-cidir.














