“Əl-Nəsr”in ulduz hücumçusu Kriştianu Ronaldu karyerasının 961-ci qolunu vurub.
Ronaldu Səudiyyə Ərəbistanı liqasının 19-cu turunda “Əl-Xolud”a qarşı oyunun 47-ci dəqiqəsində hesabı açıb.
Oyun “Əl-Nəsr”in 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın digər qollarını Məhəmməd Simakan və Kinqsli Koman vurublar.














