Bu gün Misli Premyer Liqasında XXVIII tur start götürəcək. İlk oyun günündə iki matç keçiriləcək.
Saat 14:30-da başlayacaq görüşdə “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunu Əli Əliyev idarə edəcək.
“Qəbələ” isə evdə “İmişli” ilə üzləşəcək. Saat 17:00-da start götürəcək matçda ədalət qoruyucusu Kamranbəy Rəhimov olacaq. Turun bütün qarşılaşmaları “CBC Sport”la canlı yayımlanacaq.

















