Bu gün Azərbaycan Basketbol Liqasında XV tur start götürüb. İlk oyun günündə iki matç keçirilib.
A qrupunun oyununda “Gəncə” NTD-yə 102:95 hesabı ilə qalib gəlib. Xalını 20-yə çatdıran “Gəncə” 4-cüdürsə, 16 xallı NTD sonuncudur.
B qrupunun matçında isə “Ordu” “Lənkəran” üzərində 103:63-lük qələbə qazanıb. 29 xalı olan “hərbiçilər” hazırda qrup lideridir. 19 xallı cənub klubu isə 6 kollektiv arasında 5-ci yeri tutur.












