Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış “Sabah” – “Neftçi” oyunu keçirilib.

Görüş “bayquşlar”ın 125-89 hesablı qalibiyyəti ilə bitib.

Bu qələbə sayəsində xalını 14-ə çatdıran “Sabah” əlavə göstəricilərdə “Abşeron Lions”u qabaqlayıb və ilk pilləyə yüksəlib.

XI turun daha bir təxirə salınmış matçı sabah NTD və “Gəncə” arasında olacaq.