Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çelenc Kubokunun oyununa təyinat alıb.

Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsinin “Kapoşvari” (Macarıstan) – “Nova Qoritsa” (Sloveniya) görüşündə ikinci hakimlik funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi isə türkiyəli Cevril Ebru Kaya olacaq.

CEV Hakimlər Komitəsi bu il “CEV Mentoring Program 2026” layihəsinə start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur. Layihə çərçivəsində təcrübəli referilər oyunda ikinci hakim olurlar və birinci hakim kimi təyin edilən yeni hakimlərə yardım edir və işini qiymətləndirirlər.