Futzal üzrə Azərbaycan Kubokunda 16 komanda iştirak edəcək.

1/8 final mərhələsindən strat götürəcək turnirdə PFL, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Şuşa”, U-19, “Lənkəran”, “Baku Fire-2”, “STAR kargo”, “Yeni Suraxanı”, “Timsport”, “Xan-Lənkəran”, “Dəstə Ordubad”, “Trabzon Azərbaycan”, “Ulduz” və “Atletiko Baku” kollektivləri iştirak edəcəklər.

Hər mərhələ bir görüşdən ibarət olacaq. Azərbaycan Kubokunun püşkatma mərasimi fevralın 3-də AFFA-nın inzibati binasında keçiriləcək.