Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.
Bakı Boks Mərkəzində təşkil edilən yarışda 51 kq çəki dərəcəsində Cəmilə Sultanlı (Sumqayıt) həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.
55 kq-da Z-1 idman klubundan Lalə Mədətova MOİK-in üzvü Mehparə Məmmədovaya qalib gələrək qızıl medal əldə edib.
60 kq-da Emili Rzayeva (“Neftçi” İK, 60 kq) finalda Səlbi Bayramovadan (Sumqayıt) güclü olub.
65 kq-da isə Fatimə Mehdiyeva (Gəncə, 65 kq) Leyli Bayramovaya (Quba) qalib gələrək ölkə çempionu adını qazanıb.














