“Neftçi” qapıçısı Rza Cəfərovu “Qəbələ” komandasına icarəyə verib. Futbolçu satınalma şərti olmadan cari mövsümün sonunadək şimal təmsilçisində çıxış edəcək.
Həmçinin, “ağ-qaralar” qolkiper ilə müqavilənin müddətini 2027/2028 mövsümünün sonunadək artırıb.
Qeyd edək ki, 2022/2023 mövsümündən “Neftçi”nin əsas komandasında çıxış edən Cəfərov bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.


















