Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən beynəlxalq yarışa təyinat alıb.
O, yanvarın 27-si qadın voleybolçular CEV Kubokunun pley-off mərhələsində İstanbulda təşkil olunacaq “Qalatasaray” (Türkiyə) – “Allianz MTV” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Oyunun baş hakimləri portuqaliyalı Nuno Maya və kiprli Andreas Daniil olacaq.












