İngiltərə Premyer liqasının XXIII turunda lider “Arsenal” “Mançester Yunayted”i qəbul edib. Maykl Kerrikin rəhbərliyi altında ikinci matçına çıxan “qırmızı şeytanlar” 3-2 hesablı qələbə qazanıb. “Mankunyanlar” liqada rəqibinə qarşı 5 matçlıq qalibiyyətsizlik seriyasına son qoyub. Londonlular bu mövsüm ilk dəfə evdə uduzub. Bununla yanaşı, “topçular” 2023-cü ildən bəri ilk dəfə doğma meydanda qapısında 3 qol görüb.

Məğlubiyyətə baxmayaraq “Arsenal” 50 xalla turnir cədvəlində birinci pilləni qoruyur. 46 xal toplayan “Mançester Siti” və “Aston Villa” 2-3-cü pillələri bölüşür. 38 xallı “Mançester Yunayted” 4-cü, ondan bir xal geri qalan “Çelsi” 5-cidir.